Lula da Silva ABŞ-ın Braziliyaya qarşı rüsum tətbiq etməsini strateji səhv adlandırıb

Dünya xəbərləri Materials 27 İyul 2026 01:57 (UTC +04:00)
Lula da Silva ABŞ-ın Braziliyaya qarşı rüsum tətbiq etməsini strateji səhv adlandırıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Ağ Evin Braziliya məhsullarına yeni gömrük rüsumları tətbiq etməsi ABŞ üçün strateji səhvdir. Çünki Braziliyadan ABŞ-a mal ixracı artıq 1997-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Bu barədə Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva The Washington Post qəzetində dərc olunan məqaləsində yazıb.

"Yeni tariflər təkcə ədalətsiz deyil, həm də strateji səhvdir. Onlar ABŞ iqtisadiyyatına və Braziliya ilə tərəfdaşlığa zərər vurur", – deyə Braziliya lideri bildirib.

Onun sözlərinə görə, "Braziliyanın ABŞ-a ixracı artıq 1997-ci ildən bəri ən aşağı səviyyəyə enib".

Dövlət başçısı qeyd edib ki, 2025 və 2026-cı illərin ilk altı ayının nəticələrinin müqayisəsi göstərir ki, Braziliya ilə ABŞ arasında ikitərəfli ticarət dövriyyəsi 12,8% azalıb. Eyni dövrdə Braziliyanın Avropa İttifaqı ilə ticarəti 6,1%, Çinlə ticarəti isə 15,9% artıb.

"Lula da Silva əlavə edib ki, orta müddətli perspektivdə bu tariflər istehsal zəncirlərinin pozulmasına səbəb olacaq və Braziliya şirkətləri amerikalı təchizatçıları digər tərəfdaşlarla əvəz edəcəklər.

"Bu, ABŞ-ın milli təhlükəsizlik strategiyasında bəyan etdiyi maraqlarla Qərb yarımkürəsində həyata keçirdiyi siyasət arasında ciddi uyğunsuzluğun olduğunu göstərir", – deyə Braziliya prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti