İspaniyada meşə yanğınlarına görə 40 min insan təxliyə olunub

Dünya xəbərləri Materials 25 İyul 2026 11:39 (UTC +04:00)
İspaniyada meşə yanğınlarına görə 40 min insan təxliyə olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyada fövqəladə vəziyyətin elan edildiyi Madrid muxtar icması və Avila əyalətində meşə yanğınları ilə əlaqədar 40 mindən çox insan təxliyə olunub.

Bu barədə İspaniyanın “El Mundo” qəzeti yazır.

Qəzetin məlumatına görə, bundan başqa təxminən 20 min nəfərə evlərini tərk etməmələri barədə xəbərdarlıq edilib. Bir sıra avtomobil yollarında hərəkət dayandırılıb. Ümumi sahəsinin təxminən 20 min hektar olduğu ehtimal edilən yanğınlar hələ də lokallaşdırılmayıb.

İspaniya hökumətinin Madriddəki nümayəndəliyindən bildirilib ki, gecə saatlarında regionda yanğınların intensivliyi əhəmiyyətli dərəcədə azalıb. Buna hava şəraitinin dəyişməsi, xüsusilə rütubətin artması və temperaturun aşağı düşməsi kömək edib. Bununla belə, yerli vaxtla saat 10:00-dan sonra küləyin yenidən güclənəcəyi gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti