Gürcüstanda genişmiqyaslı elektrik kəsintisinin səbəbi açıqlanıb

Dünya xəbərləri Materials 25 İyul 2026 23:49 (UTC +04:00)
Gürcüstanda genişmiqyaslı elektrik kəsintisinin səbəbi açıqlanıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Gürcüstanda baş vermiş genişmiqyaslı elektrik enerjisi kəsintisinə 500 kV-luq "İmereti" yüksək gərginlikli elektrik ötürmə xəttinin sıradan çıxması səbəb olub.

Bu barədə Sova nəşrinə istinadən İnquri Su Elektrik Stansiyasının direktoru Levan Meboniya məlumat verib.

Onun sözlərinə görə, xəttin açılması nəticəsində ölkənin enerji sisteminin iş rejimi pozulub və bu, bütün enerji sisteminin çökməsinə səbəb olub.

“Bu xətt mənim tabeliyimdə deyil. Hazırda enerji bloklarını yenidən qoşuruq, gərginlik artıq verilib və yaxın vaxtlarda elektrik təchizatı tam bərpa olunacaq”, – deyə Meboniya bildirib.

O qeyd edib ki, İnquri SES-in istehsal etdiyi əsas elektrik yükü enerji sisteminə Zestafoni vasitəsilə ötürülür.

“Bu xətt vasitəsilə çox böyük həcmdə elektrik gücü ötürülürdü. Xətt sıradan çıxdıqdan sonra sistemin iş rejimi pozuldu və bütün enerji sistemi çökdü. Hazırda qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır”, – deyə Meboniya vurğulayıb.

Gürcüstan Dövlət Elektrik Şəbəkəsinin məlumatına görə, saat 10:15-ə ölkənin bütün ərazisində elektrik təchizatı tam bərpa edilib.

Qəza nəticəsində elektrik enerjisinin verilişi səhər saat 08:00 radələrində kəsilib. Nəticədə Tbilisi və ölkənin digər əsas regionları işıqsız qalıb, nəqliyyat və kommunal infrastrukturun fəaliyyəti qismən iflic olub.

Bənzər genişmiqyaslı elektrik kəsintisi 24 iyul tarixində də baş vermiş və həmin vaxt da Gürcüstanın bütün ərazisində elektrik enerjisinin verilişində fasilə yaranmışdı.

Xəbər lenti

Xəbər lenti