Ağdamda açıq ərazilərdəki yanğın genişlənib (FOTO)

Hadisə Materials 24 İyul 2026 16:24 (UTC +04:00)
Ağdamda açıq ərazilərdəki yanğın genişlənib (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ağdam rayonunda açıq ərazilərdə baş vermiş yanğın küləkli hava şəraiti səbəbindən geniş əraziyə yayılıb.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, yanğın keçmiş təmas xətti boyunca yerləşən Baş Qərvənd, Bayramlar, Şıxlar, Cəvahirli və Çıraqlı kəndləri istiqamətlərindən aydın müşahidə olunur. Güclü tüstü ilə müşayiət olunan yanğın geniş sahəni əhatə edib.

Alovun minalardan tam təmizlənməmiş ərazilərdə davam etməsi səbəbindən vaxtaşırı mina partlayışları baş verir.

Yanğının lokallaşdırılması və söndürülməsi istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir. Yanğınsöndürmə briqadaları alovun yaşayış məntəqələrinə və kənd qəbiristanlığına keçməsinin qarşısını alıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti