Almaniya Fransada meşə yanğınlarının söndürülməsi üçün helikopterlər və təyyarə göndərir

Dünya xəbərləri Materials 26 İyul 2026 03:38 (UTC +04:00)
Almaniya Fransada meşə yanğınlarının söndürülməsi üçün helikopterlər və təyyarə göndərir

Almaniya Fransada tüğyan edən meşə yanğınları ilə mübarizə tədbirlərinə dəstək məqsədilə yardım qüvvələri göndərir.

Almaniya Kansleri Fridrix Merts bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

Kansler Fransa Prezidenti Emmanuel Makronla sıx əlaqə saxladığını və Almaniyanın qonşu ölkəyə dəstək olmaq üçün yardım qüvvələrini yanğın bölgələrinə göndərdiyini bildirib. “Qonşularımıza dəstək olmaq üçün Fransanın meşə yanğınlarının baş verən ərazilərinə yardım göndəririk. Helikopterlər, bir A400 təyyarəsi və xilasedicilər yola düşür”, – deyə Fridrix Merts paylaşımında qeyd edib.

Fransa Prezidenti Emmanuel Makron da öz növbəsində X hesabında Almaniyanın göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.

Qeyd edək ki, Fransanın müxtəlif bölgələrində baş verən meşə yanğınları ilə əlaqədar yerli və beynəlxalq qüvvələrin iştirakı ilə genişmiqyaslı mübarizə tədbirləri həyata keçirilir. Almaniyanın göndərdiyi aviasiya vasitələri və yardım qrupları yanğınların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunacaq.

Xəbər lenti

Xəbər lenti