Bakı.Trend:
Göygöldə keçirilən V Milli Yaylaq Festivalında insident baş verib.
Belə ki, bu gün festival ərazisində quraşdırılan çardaqlardan biri uçub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Trend-in əldə etdiyi məlumata görə, polis əməkdaşları hadisə yerinə cəlb olunub. Hazırda yaralıların təhlükəsiz şəkildə ərazidən təxliyə olunması, həmçinin festival ərazisində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Hadisənin başvermə səbəbləri araşdırılır. Rəsmi qurumların məsələ ilə bağlı əlavə məlumat verəcəyi gözlənilir.
Qeyd edək ki, ötən gündən Göygöldə V Milli Yaylaq Festivalı başlayıb.
