Bakı.Trend:
Paytaxtın Yasamal rayonu, Kənar Dairəvi yolda otluq ərazidə baş verən yanğın səbəbindən “Biləcəri" dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
XXX
21:21
Bakıda Kənar Dairəvi yolda baş verən yanğın səbəbindən nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, paytaxtın Yasamal rayonu ərazisində, Kənar Dairəvi yolda otluq sahədə yanğın baş verib.
Sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yol polisi tərəfindən Biləcəri dairəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
