Bakıda yol-nəqliyyat hadisəsi baş verib - 22 nəfər xəsarət alıb

Hadisə Materials 24 İyul 2026 10:58 (UTC +04:00)
Bakıda yol-nəqliyyat hadisəsi baş verib - 22 nəfər xəsarət alıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhəri, Xəzər rayonu, Binə Savxoz ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 24.07.2026-cı il tarixində saat 08:00 radələrindən etibarən 13 nəfər (7 kişi, 6 qadın) Sabunçu Tibb Mərkəzinə, 9 nəfər (kişi) Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.

Bu barədə TƏBİB-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kliniki Tibbi Mərkəzə təxliyə olunan şəxslərə bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri stabil qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Sabunçu Tibb Mərkəzində yaralılara başın, bədənin, ətrafların travmaları və sınıqları diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti orta ağır qiymətləndirilən 1972-ci il təvəllüdlü pasiyentin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Digər 12 nəfərin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən hər biri ambulator müalicə üçün evə buraxılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti