NATO-da təcrübə keçən çin əsilli qadın həbs olunub

Dünya xəbərləri Materials 25 İyul 2026 12:40 (UTC +04:00)
NATO-da təcrübə keçən çin əsilli qadın həbs olunub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Qərargahında (SHAPE) təcrübə keçmiş çin əsilli Kanada vətəndaşı olan qadın Belçikada həbs olunub. O, üçüncü ölkənin xeyrinə casusluqda və cinayətkar təşkilatda iştirak etməkdə şübhəli bilinir.

RTBF-nin məlumatına görə, bu barədə Belçika Federal Prokurorluğu məlumat yayıb.

Prokurorluğun məlumatına əsasən, SHAPE-in təhlükəsizlik xidmətinin əməkdaşları qadının fəaliyyətinə diqqət yetirib və bu barədə Baş Kəşfiyyat və Təhlükəsizlik İdarəsinə (SGRS) məlumat veriblər.

Casusluqla bağlı işləri araşdıran Federal Prokurorluq istintaqın aparılmasını Şarlerua Federal Məhkəmə Polisinə həvalə edib. İş çərçivəsində şübhəlinin evində, eləcə də Mons şəhəri yaxınlığındakı Kastoda yerləşən SHAPE qərargahındakı iş yerində axtarışlar aparılıb.

İstintaq davam edir. Federal Prokurorluq bildirib ki, davam edən istintaq tədbirləri və araşdırmanın maraqları nəzərə alınaraq, hələlik əlavə məlumat verilməyəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti