TÜRKPA ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qanun layihəsini pisləyib

Siyasət Materials 25 İyul 2026 12:11 (UTC +04:00)
TÜRKPA ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin qanun layihəsini pisləyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən iyulun 22-də ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Azərbaycan Respublikasına qarşı bir sıra iddiaları özündə əks etdirən qanun layihəsini ilə bağlı Bəyanat yayıb.

Bu barədə TÜRKPA-nın rəsmi saytında məlumat dərc edilib.

Baş katib bu təşəbbüsün Azərbaycanla Ermənistan arasında Cənubi Qafqazda münasibətlərin normallaşdırılması və sülh quruculuğu istiqamətində fəal prosesin davam etdiyi bir dövrdə irəli sürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib.

O bildirib ki, bu kimi mühüm və həssas məsələlərə dair qanunvericilik qərarları faktların obyektiv qiymətləndirilməsinə və beynəlxalq hüququn prinsiplərinə əsaslanmalı, ayrı-ayrı lobbi qruplarının maraqları ilə formalaşdırılmamalıdır.

“TÜRKPA qanunverici orqanları Azərbaycanla Ermənistan arasında davam edən normallaşma prosesinə mənfi təsir göstərə biləcək addımlardan çəkinməyə çağırır.

TÜRKPA bir daha bütün dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət, eləcə də mehriban qonşuluq prinsiplərinə sadiqliyini təsdiq edir”, - deyə bəyanatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti