Azərbaycan nefti ucuzlaşıb

Energetika Materials 25 İyul 2026 09:37 (UTC +04:00)
Azərbaycan nefti ucuzlaşıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti İtaliyanın Augusta limanında CIF bazasında əvvəlki göstəricidən 6,37 ABŞ dolları və ya 5,84% ucuzlaşaraq 102,73 ABŞ dollarına enib.

Bu barədə Trend-ə neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı neftin bir barelinin qiyməti 6,43 dollar və ya 6,11% ucuzlaşaraq 98,75 ABŞ dolları təşkil edib.

"URALS" markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,25 dollar və ya 8,81% azalaraq 64,65 dollar/barelə bərabər olub.

Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin bir barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 6,59 dollar və ya 6,28% azalaraq 98,33 dollar/barel təşkil edib.

Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin orta qiyməti 65 ABŞ dolları/barel olaraq hesablanıb.

"Trading Economics"in məlumatına əsasən, xam neft cümə günü 3% ucuzlaşaraq bir barel üçün təxminən 89,3 dollara enib. Bildirilib ki, buna Pakistanın Çinin dəstəyi ilə ABŞ və İran arasında danışıqları bərpa etməyə çalışdığı barədə yayılan məlumatlar səbəb olub. Vurğulanıb ki, bu xəbərlər Yaxın Şərqdə gərginliyin azaldılması üçün diplomatik həll yoluna ümidləri artırıb.

"Məlumatlara görə, Çin rəsmiləri Fars körfəzi ölkələrinə hücumların və Hörmüz boğazında yaranan fasilələrin ölkənin iqtisadi maraqlarına zərər vurmasından getdikcə daha çox narahatdır.

Qiymətlərin enməsinə baxmayaraq, Yaxın Şərqdə hərbi gərginliyin kəskin artması fonunda xam neft həftəlik müqayisədə təxminən 8% bahalaşıb.

Gecə saatlarında ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ardıcıl 13-cü gecə İrana zərbələr endirib. Hücumların hərbi infrastruktur və dəniz imkanlarını hədəf aldığı bildirilib. ABŞ ordusu Hörmüz boğazının Amerika qüvvələrinin dəstəyi ilə açıq qaldığını açıqlayıb.

Bu arada ABŞ Prezidenti Donald Tramp İrana qarşı indiyədək görünməmiş hərbi cavab variantını nəzərdən keçirdiyini bildirib və Tehranın husilərin Qırmızı dənizdə gəmilərə yeni hücumlarını dəstəkləyəcəyi təqdirdə sərt cavab veriləcəyini bəyan edib", - məlumatda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti