Elbrusa qalxarkən iki alpinist həlak olub

Dünya xəbərləri Materials 26 İyul 2026 04:49 (UTC +04:00)
Elbrusa qalxarkən iki alpinist həlak olub
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Elbrusa qalxan iki alpinist həlak olub.

Bu barədə Rusiyanın regional İstintaq Komitəsi məlumat yayıb.

Onlar 5,1 min metr yüksəklikdə özlərini pis hiss ediblər.

“İlkin məlumata görə, iyulun 25-də yeddi nəfərlik qrup Elbrusa qalxırdı. Alpinistlərdən biri dağdan enərək qrupun iki üzvünün 5,1 min metr yüksəklikdə özlərini pis hiss etdiyini bildirib. Mövcud məlumata əsasən, onlar həlak olublar. Hazırda daha dörd alpinistin axtarışları davam etdirilir”, – deyə qurumdan bildirilib.

Elbrusa qalxarkən həlak olan iki alpinistin əcnəbi olduğu bildirilib. Bu barədə TASS agentliyinə operativ xidmətlərdən məlumat verilib.

“Hər iki həlak olan şəxs əcnəbidir. İlkin məlumata görə, onlar Bosniyadandır”, – deyə agentliyin həmsöhbəti bildirib.

Xəbər lenti

Xəbər lenti