Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan etdi

Dünya xəbərləri Materials 24 İyul 2026 11:07 (UTC +04:00)
Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan etdi
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Rusiya Ermənistandan süd məhsullarının idxalını bir sıra müəssisələrdə aparılan yoxlamalardan sonra qadağan edib.

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (Rosselxoznadzor) məlumatına görə, iyulun 14-dən 21-dək keçirilən yoxlamalar zamanı Rusiyaya ixrac olunan məhsulların istehsalında yoluxmuş heyvanlardan əldə edilən südün istifadə edildiyi müəyyən edilib.

"Qeydə alınmış pozuntuları nəzərə alaraq, Rosselxoznadzor Rusiyaya xüsusilə təhlükəli infeksiyaların daxil olmasının və daxili bazarda təhlükəsiz olmayan süd məhsullarının satışının qarşısını almaq məqsədilə müvafiq tədbirlər görüb. Bu, Ermənistanın, o cümlədən 2019-cu il hökumət islahatlarının nəticələri səbəbindən kənd təsərrüfatı istehsalçıları üzərində nəzarəti təmin edə bilmədiyini bir daha təsdiqləyir", – deyə qurumun açıqlamasında bildirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti