İranın bir neçə şəhərində partlayışlar baş verib

Dünya xəbərləri Materials 24 İyul 2026 04:37 (UTC +04:00)
explosion

Bakı. Trend:

ABŞ-nin bölgəyə endirdiyi zərbələr zamanı İranın bir neçə bölgəsində partlayışlar baş verib.

Bu barədə İranın xəbər agentliklərindən məlumat verilib.

Məlumatlara görə, Bəndər-Abbas və Omidiyyə şəhərlərində silsilə partlayışlar baş verib. İranın Hondab şəhərinin ətrafı ABŞ-yə məxsus iki raketlə vurulub. Cask şəhərində silsilə partlayışlar, Xürrəmabad şəhərinin cənub hissəsində partlayış baş verib.

Konarak şəhərində partlayış səsləri eşidilib, Əndimeşk şəhəri yaxınlığında və Keşm adasının cənub sahilində, o cümlədən, Əhvaz şəhərində partlayışlar baş verib.

Partlayışlarla bağlı digər təfərrüatlar açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti