Bakı.Trend:
Yaponiyanın Baş naziri Sanae Takaiçi bildirib ki, o, adətən sutkada cəmi 0–3 saat yatır, 5 saatlıq yuxunu isə əsl "dəbdəbə" hesab edir.
Takaiçinin sözlərinə görə, bayram günlərini hökumət sənədlərinin öyrənilməsinə, vətəndaşlardan daxil olan minlərlə məktubun nəzərdən keçirilməsinə və ev işlərinin görülməsinə həsr edib.
Lakin baş nazirin bu etirafı birmənalı qarşılanmayıb. Müxalifət nümayəndələri bildiriblər ki, xroniki yuxusuzluq düşünülmüş qərarlar qəbul etmək qabiliyyətinə mənfi təsir göstərə və dövlət idarəçiliyinin səmərəliliyini azalda bilər.
Bununla yanaşı, Takaiçinin tərəfdarları onu müdafiə ediblər. Onlar qeyd ediblər ki, Yaponiyanın ilk qadın baş naziri gərgin dövlət fəaliyyətini ev işləri ilə uzlaşdırmağa məcburdur ki, bu da onun üzərinə düşən yükü əhəmiyyətli dərəcədə artırır.
