74 il əvvəl yoxa çıxmış təyyarənin qalıqları aşkarlanıb

Dünya xəbərləri Materials 22 İyul 2026 11:13 (UTC +04:00)
74 il əvvəl yoxa çıxmış təyyarənin qalıqları aşkarlanıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Batmış gəmilərin tədqiqi ilə məşğul olan "Air Sea Heritage Foundation" fondu digər təşkilatlarla əməkdaşlıq çərçivəsində 2026-cı ilin iyun ayında 1952-ci ildə Puerto-Riko sahillərində qəzaya uğramış “Clipper Endeavor” təyyarəsinin qalıqlarını aşkarlayıb.

Bu barədə CNN “Discovery Channel”in bəyanatına istinadən məlumat yayıb.

52 nəfərin həyatına son qoyan aviaqəzadan sonra sərnişinlərə ekipaj üzvləri tərəfindən fövqəladə vəziyyətlərdə təxliyə və xilasedici jiletlərdən istifadə qaydalarının əyani şəkildə göstərilməsi zəruri beynəlxalq aviasiya standardına çevrilib.

1952-ci il aprelin 11-də göyərtəsində 64 sərnişin və 5 ekipaj üzvü olan təyyarə Puerto-Rikodan Nyu-Yorka yola düşüb. Uçuşdan bir neçə dəqiqə sonra mühərriklərdən biri sıradan çıxıb və pilot təyyarəni suya endirmək məcburiyyətində qalıb. Xilasedici sal və jiletlərin olmasına baxmayaraq, yalnız 17 nəfər sağ qala bilib. Digər sərnişinlər qarışıqlıq, təhlükəsizlik qaydalarını bilməmələri və dil baryeri səbəbindən təyyarəni tərk edə bilməyiblər. Təyyarə üç dəqiqədən az müddətdə suyun altına qərq olub və onun yeri 74 il ərzində naməlum qalıb.

2026-cı ilin iyununda tədqiqatçılar avtonom sualtı dronun köməyi ilə təyyarənin qalıqlarını Puerto-Rikonun şimal sahilləri yaxınlığında, təxminən 610 metr dərinlikdə aşkar ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti