Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib (FOTO)

İqtisadiyyat Materials 21 İyul 2026 10:52 (UTC +04:00)
Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığa dair məsələlər müzakirə edilib (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

Bu barədə İqtisadiyyat Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Görüşdə cari və ortamüddətli dövr üzrə iqtisadi proqnozlar, struktur islahatları və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlər, İqtisadiyyat Nazirliyinin bu sahədə fəaliyyəti, həmçinin vergi siyasəti və vergi inzibatçılığı sahəsində həyata keçirilən islahatlar müzakirə edilib.

Bildirilib ki, ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə dövlət dəstəyi mexanizmlərinin genişləndirilməsi və yeni alətlərin tətbiqi, qeyri-neft-qaz sektorunda investisiya siyasətləri barədə məlumat verilib, beynəlxalq maliyyə qurumları ilə tərəfdaşlıq imkanları qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti