Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır - Kansler

Siyasət Materials 21 İyul 2026 16:16 (UTC +04:00)
Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır - Kansler
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Berlin. Trend:

Bu gün Birgə Bəyannaməni imzalamaqla münasibətlərimizin daha da inkişaf etdirilməsi üçün mühüm təməl qoyuruq. Eyni zamanda, Azərbaycan-Almaniya Biznes Şurasının təsis edilməsi barədə razılığa gəldik.

Trend-in xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri Almaniyanın Federal Kansleri Fridrix Merts Prezident İlham Əliyevlə mətbuat konfransında söyləyib.

Kansler bildirib ki, bu, hər iki ölkə üçün mühüm siqnaldır və Almaniya Azərbaycanla münasibətlərin genişləndirilməsinə ciddi yanaşır.

“Orta Şərqdə davam edən böhran fonunda neft, eləcə də Cənub Qaz Dəhlizi vasitəsilə qaz təchizatı sahəsində əməkdaşlığımız xüsusi əhəmiyyət kəsb edir”, - deyə Fridrix Merts vurğulayıb.

Xəbər lenti

Xəbər lenti