Lisey və gimnaziyalara keçid balları arasında ciddi fərq yaranıb

Cəmiyyət Materials 20 İyul 2026 15:42 (UTC +04:00)
Lisey və gimnaziyalara keçid balları arasında ciddi fərq yaranıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Lisey və gimnaziyalara qəbul üzrə seçimlərin nəticələri açıqlanıb. Nəticələrə əsasən, bəzi təhsil müəssisələrində keçid balları arasında ciddi fərq yaranıb.

Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi saytında dərc olunan məlumatlara görə, Azərbaycan bölməsi üzrə ən yüksək minimum keçid balı 54.13 olub. Bu göstərici Rəqəmsal Biliklər Liseyində qeydə alınıb.

Sonrakı pillələrdə isə aşağıdakı liseylər qərarlaşıb:

  • fizika, riyaziyyat və informatika təmayüllü lisey – 49.50 bal;
  • Akademik Zərifə Əliyeva adına lisey – 48.25 bal;
  • Kimya-biologiya təmayüllü Respublika liseyi – 47.50 bal;
  • Gənc İstedadlar Liseyi – 46.75 bal.

Azərbaycan bölməsi üzrə ən aşağı minimum keçid balı isə 10 bal olub. Bu göstərici Ağdaş şəhər Məqsud Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyada qeydə alınıb.

Rus bölməsində isə ən yüksək minimum keçid balı 18.75 olub. Bu nəticə Bakı şəhəri Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyində qeydə alınıb.

Rus bölməsi üzrə digər yüksək nəticələr:

Akademik Zərifə Əliyeva adına lisey – 17.50 bal;

287 nömrəli "Zəkalar" liseyi – 17.38 bal;

Kimya-biologiya təmayüllü Respublika liseyi – 17.13 bal.

Rus bölməsində ən aşağı minimum keçid balı 10 bal olub. Bu göstərici 16 nömrəli texniki və humanitar fənlər liseyi də daxil olmaqla bir neçə təhsil müəssisəsində qeydə alınıb.

"Şagirdlər qəbulun nəticələri ilə sy.edu.az platformasında “İmtahanlar” bölməsinin “Lisey seçimi” alt bölməsindən tanış ola bilərlər", - ARTİ-nin məlumatında bildirilib.

Qeyd edək ki, lisey və gimnaziyalara qəbul üzrə seçim prosesi iyulun 8–14-də aparılıb. İmtahanlarda ölkə üzrə 7 minə yaxın şagird iştirak edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti