Bakı. Trend:
Bu gün UEFA Çempionlar Liqasında ikinci təsnifat mərhələsinin oyunlarına start veriləcək.
Yarışda ölkəmizi təmsil edən “Sabah” öz meydanında Finlandiya çempionu "KuPS"u qəbul edəcək.
20:00-da start götürəcək görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Tərəflər arasında cavab oyunu bir həftə sonra Finlandiyada keçiriləcək.
Qeyd edək ki, bu cütdə mərhələ adlayacaq tərəf Çempionlar Liqasının III təsnifat mərhələsində "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq.
Uduzan tərəf isə UEFA Avropa Liqasının III təsnifat mərhələsində "Levski" (Sofiya, Bolqarıstan) - "Universitatya" (Krayova, Rumıniya) duelinin məğlubu ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
21 iyul
20:00. “Sabah” (Azərbaycan) - "KuPS" (Finlandiya)
Baş hakim: Lukaş Kujma (Polşa)
Masazır stadionu
