Azərbaycanda iş yerində öyrənmə üzrə yeni mexanizmin yaradılması planlaşdırılır

Cəmiyyət Materials 20 İyul 2026 14:30 (UTC +04:00)
Azərbaycanda iş yerində öyrənmə üzrə yeni mexanizmin yaradılması planlaşdırılır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

İş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılması nəzərdə tutulur.

Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı”nda öz əksini tapıb.

2026− 2029 illərdə həyata keçiriləcək tədbirlərin icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb. Digər icraçılar Elm və Təhsil Nazirliyi, eləcə də İqtisadiyyat Nazirliyidir.

Plana əsasən əvvəlcə iş yerində öyrənmə ilə bağlı beynəlxalq təcrübənin araşdırılması və təkliflərin hazırlanması nəzərdə tutulur. Bundan başqa iş yerində öyrənmə ilə bağlı müvafiq normativ hüquqi akt layihələrinin hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi planlaşdırılır.

Nəticədə iş yerində təcrübə və şagirdlik dövründə əmək münasibətlərinin tənzimlənməsi üzrə yeni mexanizmin formalaşdırılması hədəflənir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti