Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq

Siyasət Materials 21 İyul 2026 17:55 (UTC +04:00)
Azərbaycan və Almaniya yaşıl enerji və innovasiya sahəsində əməkdaşlığı artıracaq
Elvin Əhməd
Elvin Əhməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Almaniya yaşıl enerji, rəqəmsal transformasiya və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Bu barədə Berlində iyulun 21-də Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamədə qeyd edilib.

Bəyanatda qeyd edilib ki, tərəflər rəqəmsal transformasiya, sənaye modernləşdirilməsi və inkişaf edən texnologiyalar istiqamətində birgə fəaliyyət imkanlarını araşdıracaqlar.

Sənəddə elm, texnologiya, təhsil və innovasiya sahələrində əməkdaşlığın təşviq edilməsinin Azərbaycan-Almaniya tərəfdaşlığının əsas istiqamətlərindən biri olduğu vurğulanıb.

Xəbər lenti

Xəbər lenti