İrana hücumlar nəticəsində Cask rayonunda 100 qayığa zərər dəyib

Dünya xəbərləri Materials 21 İyul 2026 15:00 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin İrana qarşı son hərbi hava hücumları nəticəsində ölkənin cənubunda yerləşən Hörmüzqan vilayətinin Cask rayonunda əhaliyə və özəl sektora məxsus 100 qayığa zərər dəyib.

Bunu İranın Cask rayonu qubernatoru Əhməd Camaləddini deyib.

Camaləddini qeyd edib ki, halbuki bu qayıqların heç biri hərbi məqsədlər üçün fəaliyyət göstərməyib.

Rayon qubernatoru əlavə edib ki, Cask rayonunun limanlar idarəsi tərəfindən görülən işlər nəticəsində bu rayon ölkənin məhsul ixracı və idxalında önəmli potensiallarından biri olub. Bu gün ABŞ və İsrailin Cask rayonuna hərbi hava hücumları nəticəsində dəyən ziyanlarla və rayonun iqtisadi potensialları ilə əlaqədar hökumət sözçüsü Fatimə Mohaceraniyə məlumat verilib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti