Beynəlxalq yük daşımalarının həcmi 34% artıb - ABADA

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2026 10:22 (UTC +04:00)
Beynəlxalq yük daşımalarının həcmi 34% artıb - ABADA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) və tərəfdaş qurumların həyata keçirdiyi layihələr nəticəsində beynəlxalq yük daşımalarının (BYD) həcmi bu ilin ilk 6 ayında, yəni yanvar-iyun aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 34% artıb.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu ABADA-nın baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O, inkişafın əsas istiqamətləri və görülən işlər barədə media nümayəndələrini məlumatlandırıb:

"Türkiyə, Ukrayna, Qırğızıstan və Qazaxıstan ilə elektron "İcazə" blanklarının tətbiqinə başlanılıb. Tezliklə Rusiya və Gürcüstan da bu sistemə qoşulacaq. Həmçinin Türkmənistan ilə birgə e-TIR, eləcə də DGK və IRU ilə e-CMR tətbiqi layihələri icra olunur'

Beynəlxalq əməkdaşlıqla bağlı isə Kənan Qurbanov bildirib ki, BSEQ-URTA və TDT-URTA çərçivəsində əlaqələr genişləndirilib:

"Azərbaycanın Qazaxıstan, Monqolustan, ÇXR və Gürcüstan ilə Qarışıq Komissiyalarının işində aktiv iştirak olunub. Bundan başqa, Çinin logistika nümayəndə heyəti ilə görüşlər keçirilib, ABADA, DGK və TÜİB arasında üçtərəfli biznes dialoqu təşkil edilib.

Bütün tədbirlər Prezident İlham Əliyevin "Qeyri-neft-qaz məhsullarının ixracının təşviqi və daşıma xərclərinin dəstəklənməsi barədə" Fərmanına uyğun olaraq həyata keçirilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti