Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli artıb

Energetika Materials 21 İyul 2026 15:17 (UTC +04:00)
Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə qaz nəqli artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə 11 milyard 442,2 milyon kubmetr qaz nəql edilib.

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 206,5 milyon kubmetr və ya 1,8% çoxdur.

Ümumilikdə, hesabat dövründə magistral qaz kəmərləri ilə 20 milyard 792,2 milyon kubmetr qaz nəql olunub ki, bu da ötən ilin yanvar-iyun aylarındakı göstərici ilə müqayisədə 531,7 milyon kubmetr və ya 2,6% çoxdur. Qazın ümumi həcminin 55%-i Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə nəql olunub.

Bakı-Tbilisi-Ərzurum boru kəməri ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır. Kəmər 2006-cı ilin sonunda istismara verilib və “Şahdəniz” yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazın nəqli başlanıb. 2018-ci ilin yayından etibarən isə “Şahdəniz” yatağının ikinci mərhələsi çərçivəsində hasil edilən qazın genişləndirilmiş qaz kəməri – TANAP vasitəsilə Türkiyəyə tədarükünə start verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti