Suriyadan repatriasiya edilən daha 16 nəfərə psixososial dəstək tədbirlərinə başlanıb

Cəmiyyət Materials 21 İyul 2026 15:29 (UTC +04:00)
Suriyadan repatriasiya edilən daha 16 nəfərə psixososial dəstək tədbirlərinə başlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Hökuməti tərəfindən Suriyadan ölkəmizə repatriasiya olunmuş daha 16 nəfər vətəndaşımız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi saytında yer alan məlumata görə, onlardan 9-u uşaq, 7-si qadındır.

"Repatriasiya olunmuş şəxslərə ilkin tibbi və sosial-psixoloji yardım göstərilib. Vətəndaşların reabilitasiya prosesi başa çatdıqdan sonra onlar evlərinə yola salınacaqlar. Növbəti mərhələdə isə Agentliyin sosial işçiləri və psixoloqları onların yaşadıqları ünvana gedərək təfsilatlı qiymətləndirmə aparacaqlar", - ƏƏSMN-nin məlumatında bildirilib.

Qeyd edək ki, son illərdə Sosial Xidmətlər Agentliyi ölkəmizə repatriasiya edilmiş 600-dən çox şəxsi sosial reabilitasiya xidmətlərinə cəlb edib. Hazırda 84 repatriantla sosial reabilitasiya işi davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti