Tbilisi küçələri su altında qalıb (VİDEO)

Dünya xəbərləri Materials 21 İyul 2026 10:36 (UTC +04:00)
Tbilisi küçələri su altında qalıb (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Gürcüstanın paytaxtı Tbilisinin bir neçə rayonunda yağan güclü yağışlar ciddi fəsadlar törədib.

Gürcüstan mediasının məlumatına görə, leysan yağışları nəticəsində Diqomi Massivi və Didi Diqomi yaşayış massivlərində küçələr su altında qalıb, Vazisubani qəsəbəsində isə yaşayış binalarının zirzəmilərini su basıb.

Əlverişsiz hava səbəbindən şəhərin müxtəlif hissələrində avtomobillərin hərəkəti çətinləşib.

Gürcüstanın Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin məlumatına əsasən, iyulun 21-nə keçən gecə Tbilisi və ətraf rayonlarda arabir yağış yağacağı, bəzi ərazilərdə yağıntıların intensiv olacağı proqnozlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti