Bakı.Trend:
Qayana sahillərində “MV Barima” bərəsinin qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub, 83 nəfər isə itkin düşüb.
Bu barədə respublikanın İctimai İnformasiya Departamenti məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, son məlumata görə, sərnişinlər və ekipaj üzvləri daxil olmaqla 69 nəfər xilas edilib, 27 nəfərin meyiti aşkarlanıb, 83 nəfərin axtarışları isə davam edir.
Qayananın Baş naziri Mark Fillips keçirdiyi mətbuat konfransında bildirib ki, sağ qalanların tapılacağına ümid edildiyi üçün axtarış-xilasetmə əməliyyatı davam etdirilir. Onun sözlərinə görə, istintaq müəyyən edib ki, gəminin göyərtəsində əvvəl hesab ediləndən daha çox sərnişin – ekipaj üzvləri ilə birlikdə 179 nəfər olub.
