Avtomobil daşımalarının coğrafiyasında ciddi dəyişiklik və ya problem yoxdur - ABADA

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2026 10:46 (UTC +04:00)
Avtomobil daşımalarının coğrafiyasında ciddi dəyişiklik və ya problem yoxdur - ABADA
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda avtomobil daşımalarının coğrafiyasında ciddi dəyişiklik və ya problem yoxdur.

Trend-in tədbirdə iştirak edən müxbiri xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, İran üzərindən həyata keçirilən daşımalar zamanı əsas problemlər daha çox yük sahibləri, ekspeditor şirkətləri, istehsalçılar, xammal ixracatçıları və məhsul idxalçıları ilə bağlı olub.

“Bəndər-Abbas limanında yaranan problemlər səbəbindən yük sahibləri və ekspeditor şirkətləri müəyyən zərərlərlə üzləşə bilərlər. Eyni zamanda, istehsalçılar, xammal ixracatçıları və məhsul idxalçıları da çətinlik yaşayırlar. Lakin sırf avtomobil daşımaları sahəsində ciddi problem müşahidə olunmayıb”, – deyə K.Qurbanov bildirib.

ABADA baş katibi qeyd edib ki, Azərbaycan daşıyıcılarının fəaliyyəti əsasən İranın sərhəd bölgələri ilə məhdudlaşır:

“Azərbaycan daşıyıcıları əsasən Biləsuvar və Astara sərhəd-keçid məntəqələrindən yükləri qəbul edərək tranzit qaydada Rusiyaya daşıyırlar. İran istiqamətində fəaliyyət göstərən daşıyıcılarımızın təxminən 80 faizi məhz bu marşrut üzrə işləyir”.

K.Qurbanov vurğulayıb ki, Azərbaycan daşıyıcıları İranın daxili bölgələrinə və Fars körfəzi istiqamətinə geniş şəkildə fəaliyyət göstərmirlər.

“Bunun əsas səbəbi İranda tətbiq olunan yüksək vergi və rüsumlardır. Daşıma iqtisadi baxımdan səmərəli olmadığından, bu fəaliyyət əsasən İran daşıyıcıları tərəfindən həyata keçirilir”, – deyə o əlavə edib.

ABADA rəsmisinin sözlərinə görə, avtomobil daşımalarının coğrafiyasında hazırda ciddi dəyişiklik və ya problem yoxdur.

“Gəmi və dəmir yolu daşımalarını nəzərə almasaq, avtomobil nəqliyyatı sahəsində mühüm problem yaşanmayıb. Əgər əksini desək, bu, reallığı əks etdirməz”, – deyə K.Qurbanov bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti