İran İslamabad anlaşma memorandumundan geri çəkilməyib – Pezeşkian

Dünya xəbərləri Materials 20 İyul 2026 15:59 (UTC +04:00)
İran İslamabad anlaşma memorandumundan geri çəkilməyib – Pezeşkian
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Tehran İran və ABŞ arasında imzalanan İslamabad anlaşma memorandumunun 14 maddəlik müddəalarının heç birindən, öz milli mənafeyi, prinsipləri və dəyərlərindən geri çəkilməyib.

Bunu İran prezidenti Məsud Pezeşkian bu gün Tehranda Ali Məhkəmə Şurasının iclasında deyib.

“İran qarşı tərəfə ölkənin mənafeyinə zidd olan heç bir imkan verməyib. Bu anlaşma memorandumunun detallarını diqqətlə nəzərdən keçirdikdə, memorandumun İranın xeyrinə olan nailiyyətlərin bir hissəsi aydınlaşır”, - deyə o bildirib.

Pezeşkian deyib ki, praktiki olaraq bu memorandumda birtərəfli qaydada ABŞ tərəfinin xeyrinə olacaq müddəanı görmək mümkün deyil.

“İran milli mənafenin müdafiəsində öz yolunu davam etdirir və bu istiqamətdə heç bir şübhəyə yol vermir. Lakin eyni zamanda reallığa baxmaq lazımdır və davam etdirdiyi yolda təbii mənfi nəticələri də qəbul edir”, -deyə o qeyd edib.

Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) 20 iyulda yaydığı məlumatda İrana qarşı ardıcıl doqquzuncu gecə zərbələrini uğurla başa çatdırdığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti