BVF Ukraynaya 690 milyon dollarlıq kredit tranşını təsdiqləyib

Dünya xəbərləri Materials 21 İyul 2026 08:55 (UTC +04:00)
BVF Ukraynaya 690 milyon dollarlıq kredit tranşını təsdiqləyib

Bakı. Trend:

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün təxminən 690 milyon ABŞ dolları məbləğində yeni kredit tranşının ayrılmasını təsdiqləyib.

BVF-nin İcraiyyə Şurası bununla Ukrayna üzrə 48 aylıq Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (GMM) proqramının ilk icmalını başa çatdırıb.

Yeni tranşın ayrılması ilə Ukraynanın proqram çərçivəsində əldə etdiyi ümumi maliyyə dəstəyi 2,2 milyard dollara çatıb.

Bu vəsait BVF-nin fevral ayında təsdiqlədiyi 8,1 milyard dollarlıq dördillik GMM proqramı çərçivəsində ayrılır.

Xəbər lenti

Xəbər lenti