Tramp tarixin ən yaxşı dünya çempionatının keçirildiyini bildirib

Dünya xəbərləri Materials 20 İyul 2026 10:50 (UTC +04:00)
Tramp tarixin ən yaxşı dünya çempionatının keçirildiyini bildirib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ Prezidenti Donald Tramp futbol üzrə dünya çempionatının finalından sonra bildirib ki, başa çatan turnir FİFA-nın himayəsi altında keçirilən əvvəlki bütün dünya çempionatlarını geridə qoyub

Bu barədə "Fox News" məlumat yayıb.

“İstər futbol, istərsə də sokker adlandırın, fərqi yoxdu, amma buna bənzər bir şey olmayıb. Bu, möhtəşəm idi. Bu turnir FİFA-nın keçirdiyi istənilən çempionatdan dörd dəfə, əslində isə bəlkə də beş dəfə daha möhtəşəm idi. Bu, tarixdə ən möhtəşəm idman hadisələrindən biri oldu. Turniri yüksək səviyyədə keçirdiyimizə, dünyanın hər yerindən insanların ölkəmizə gəlib onu sevdiyinə görə çox şadıq”, – deyə Tramp bildirib.

Qeyd edək ki, 2026-cı il futbol üzrə dünya çempionatının final görüşü İspaniya millisinin Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub etməsi ilə başa çatıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti