Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb

Hadisə Materials 19 İyul 2026 21:14 (UTC +04:00)
Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb

Bakı. Trend:

Bir həftə əvvəl Samur-Abşeron kanalında batan 16 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, 12 iyul 2026-cı il tarixində Samur-Abşeron kanalının Quba rayonu, Vəlvələ kəndindən keçən hissəsində batan 2010-cu il təvəllüdlü Osmanov Fərid Paşa oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 15 km aralı, Samur-Abşeron kanalının Şabran rayonunun Gəndov kəndindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti