İspaniyada temperatur 50 dərəcəyə qalxa bilər

Dünya xəbərləri Materials 17 İyul 2026 18:53 (UTC +04:00)
İspaniyada temperatur 50 dərəcəyə qalxa bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İspaniyanın Dövlət Meteorologiya Agentliyi (DMA) ölkədə yaxın illərdə havanın temperaturunun 50 dərəcəyədək yüksələ biləcəyini istisna etmir.

Bu barədə DMA-nın nümayəndəsi Xose Anxel Nunyes bildirib.

Onun sözlərinə görə, 50 dərəcə fiziki baxımdan mümkün göstəricidir və yaxın illərdə krallığın hər hansı bir bölgəsində qeydə alına bilər.

"Əslində, ötən həftə bəzi proqnoz modelləri Qvadalkivir çayı vadisində havanın temperaturunun 50 dərəcəyə çatacağını göstərirdi. Lakin sonradan proqnozlaşdırılan isti hava dalğasının intensivliyi aşağı salındı", – deyə ekspert qeyd edib.

O əlavə edib ki, yaxın gələcəkdə temperaturun bu həddə çatacağını ehtimal etmək olar, lakin bunun nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil.

DMA daha əvvəl bildirmişdi ki, 2026-cı ilin ilk yarısı İspaniyada son 65 ilin ən isti dövrü olub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti