Heyvanların birja vasitəsilə satılması necə həllini tapacaq? - AQTA açıqladı

Cəmiyyət Materials 17 İyul 2026 19:09 (UTC +04:00)
Heyvanların birja vasitəsilə satılması necə həllini tapacaq? - AQTA açıqladı
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

AQTA heyvanların birja vasitəsilə satılmasının həlli məsələlərinə aydınlıq gətirib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, AQTA-nın sədr müavini Əli Nəbiyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən identifikasiya prosesi tam başa çatdıqdan sonra heyvanların birjalar vasitəsilə satışı məsələsinə baxılmasının mümkünlüyündən danışıb.

Onun sözlərinə görə, hazırda hər hansı heyvan barədə identikləşdirilmiş məlumat olmadığı halda onun elektron platformalar vasitəsilə satışının həyata keçirilməsi, sözsüz ki, mümkün deyil:

"Hazırda ölkədə heyvanların identifikasiyası və qeydiyyatı prosesi intensiv şəkildə davam etdirilir. Bu proses Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) üzərindən həyata keçirilir. İdentifikasiya nəticəsində heyvanların peyvəndlənməsi, müayinəsi və müalicəsi ilə bağlı məlumatlar vahid elektron məlumat bazasında toplanır".

Əli Nəbiyev vurğulayıb ki, söhbət mövcud heyvan bazarlarının fəaliyyətinin məhdudlaşdırılmasından getmir. Hazırda heyvan alqı-satqısı ənənəvi bazarlarda əvvəlki qaydada davam edir.

Onun sözlərinə görə, heyvanların identifikasiyasının plan üzrə yekunlaşdırılmasından və müvafiq normativ tənzimləmələrin qəbul edilməsindən sonra heyvanların həm də birjalar vasitəsi ilə satışı həyata keçirilə bilər.

Qeyd edək ki, AQTA sədri Qoşqar Təhməzli ötən günlərdə Trend-ə müsahibəsində gələcəkdə fiziki heyvan bazarlarının ləğv edilib satışın birja formasına keçiriləcəyini açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti