Bakı. Trend:
ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatına yekun vurulub.
Mundialın final oyununda İspaniya və Argentina yığmaları qarşılaşıb. Nyu-York şəhərindəki "MetLayf" stadionunda oynanılan görüş Avropa təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçın əsas vaxtında hesab açılmayıb. Əlavə vaxtda İspaniya millisi fərqlənə bilib. 106-cı dəqiqədə rəqib qapısına yol tapan Ferran Torres İspaniyaya qələbə qazandırıb. Bununla da komanda tarixində 2-ci dəfə dünya çempionu olub.
Qeyd edək ki, İspaniya yığması daha əvvəl 2010-cu il mundialında qızıl medallara sahib çıxmışdı.
XXX
01:47.
DÇ-2026-nın final oyununun əsas vaxtı qolsuz başa çatıb.
Əlavə vaxtda 106-cı dəqiqədə Ferran Torres vurduğu qolla oyunda hesabı açıb.
Qeyd edək ki, oyunun uzatma dəqiqələrində - 90+3-də Enzo Fernandez ikinci sarı vərəqəni aldıqdan sonra Argentina yığması azlıqda qalıb.
Qarşılaşma davam edir.
XXX
19 iyul, 23:01.
Bakı vaxtı ilə saat 23:00-da ABŞ-nin Nyu-Cersi ştatındakı Nyu-York/Nyu-Cersi stadionunda DÇ-2026-nın 104-cü oyunu olan İspaniya - Argentina final qarşılaşması başlayıb. Oyunu Sloveniyadan olan 46 yaşlı hakim Slavko Vinçiç idarə edir.
Komandaların start heyətləri aşağıdakı kimidir:
İspaniya: 23 Unai Simon, 12 Pedro Porro, 22 Pau Kubarsi, 14 Emerik Laport, 24 Mark Kukurelya, 16 Rodri, 8 Fabian Ruis, 10 Dani Olmo, 19 Lamin Yamal, 21 Mikel Oyarsabal, 15 Aleks Baena.
Baş məşqçi - Luis de la Fuente.
Argentina: 23 Emiliano Martines, 4 Qonsalo Montiel, 13 Kristian Romero, 6 Lisandro Martines, 3 Nikolas Talyafiko, 7 Rodriqo De Paul, 24 Entso Fernandes, 20 Aleksis Mak Allister, 15 Nikolas Qonsales, 10 Lionel Messi, 9 Xulian Alvares.
Baş məşqçi - Lionel Skaloni.