Çexiyada məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək

Dünya xəbərləri Materials 19 İyul 2026 06:22 (UTC +04:00)
Çexiyada məktəblərdə mobil telefon istifadəsi qadağan ediləcək

Bakı. Trend:

Çexiya məktəblərində mobil telefonların istifadəsini qadağan edəcək qanun layihəsi hazırlanır.

Çexiya mətbuatı xəbər verir ki, Baş nazir Andrey Babiş və Təhsil naziri Robert Plaqa tərəfindən hazırlanan qanun layihəsi bağçalarda, ibtidai məktəblərdə, orta məktəblərdə və çoxillik liseylərdə mobil telefonların və digər elektron rabitə cihazlarının istifadəsini qadağan edəcək.

Qaydanın fasilələri və dərsdənkənar proqramları da əhatə edəcəyi bildirilir.

Uşaq Hüquqları üzrə Ombudsman Martin Benes təklifə qarşı çıxıb və məktəblərin telefon istifadəsini öz daxili qaydaları çərçivəsində tənzimləmək səlahiyyətinə malik olduğunu iddia edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti