İngiltərə millisi Fransanı məğlub edərək bürünc medallara sahib olub - DÇ-2026

İdman Materials 19 İyul 2026 03:37 (UTC +04:00)
İngiltərə millisi Fransanı məğlub edərək bürünc medallara sahib olub - DÇ-2026

Bakı. Trend:

2026-cı il futbol üzrə dünya çempionatının 3-cü yer uğrunda oyununda Fransa və İngiltərə milliləri üz-üzə gəliblər.

Qarşılaşma ABŞ-nin Florida ştatının Mayami şəhərində yerləşən "Hard Rock" stadionunda keçirilib. Oyunu venesuelalı baş hakim Xesus Valensuela idarə edib. Matç İngiltərənin 6:4 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesabı 3-cü dəqiqədə İngiltərə millisinin yarımmüdafiəçisi Deklan Rays açıb. 18-ci dəqiqədə Ezri Konsa komandasının ikinci qolunu vurub. 37-ci dəqiqədə Bukayo Saka hesabı 3:0-a çatdırıb, 45+1-ci dəqiqədə isə dubla imza atıb.

Fransa millisinin hücumçusu Kilian Mbappe 48-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. 54-cü dəqiqədə Bredli Barkola Fransa yığmasının ikinci qolunu vurub. 66-cı dəqiqədə Mbappe dubl edərək hesabı minimum fərqə endirib.

87-ci dəqiqədə Saka penaltini dəqiq yerinə yetirərək het-trikini rəsmiləşdirib və İngiltərənin beşinci qolunu vurub. 90+6-cı dəqiqədə Usman Dembele Fransanın dördüncü qolunu qeyd edib. Matçın yekun hesabını isə 90+8-ci dəqiqədə Cud Bellinqem müəyyənləşdirib – 6:4.

Beləliklə, İngiltərə millisi Dünya Çempionatlarında son 60 il ərzində ilk medalını qazanıb.

Xəbər lenti

Xəbər lenti