"Bavariya" və PSJ İngiltərə millisinin futbolçusunu istəyir

İdman Materials 19 İyul 2026 16:49 (UTC +04:00)
"Bavariya" və PSJ İngiltərə millisinin futbolçusunu istəyir

Bakı. Trend:

"Bavariya” və PSJ Djed Spensi heyətinə qatmaq üçün mübarizəyə qoşulub.

Hər iki klub “Tottenhem” və İngiltərə mili komandasının üzvü olan, DÇ-2026-da tapıntılardan hesab edilən Spens üçün rəsmi təkliflər göndəriblər.

25 yaşlı futbolçunun hansı kluba keçidə razılıq verəcəyi hələ ki dəqiq deyil. Onun “Tottenhem”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

“Fulhem”in yetirməsi olan Spens “Midlsboro”, “Nottingem Forest”, “Renn”, “Lids”, “Cenoa” klublarında oynayıb. Onun xidmətində “Yuventus” və “İnter” klubları da maraqlıdır.

Xəbər lenti

Xəbər lenti