Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov

Siyasət Materials 17 İyul 2026 14:42 (UTC +04:00)
Azərbaycan və Rusiya arasındakı trend müsbətdir - Ceyhun Bayramov
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Rusiya arasındakı trend müsbətdir.

Bunu Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Moskvada Rusiyalı həmkarı Sergey Lavrovla görüşü zamanı deyib.

"Əminəm ki, bu gün ticarət-iqtisadi əməkdaşlıq blokunu da ətraflı müzakirə edə biləcəyik. Bu istiqamətin mühüm elementlərindən biri Azərbaycan ilə Rusiya Federasiyası arasında hökumətlərarası komissiyanın müntəzəm təmaslarıdır. Komissiyanın 24-cü iclası bu ilin aprel ayında keçirilib. Bu kontekstdə hesab edirik ki, bütövlükdə dünya iqtisadiyyatında mövcud olan bütün çətinliklərə baxmayaraq, ölkələrimiz arasındakı trend müsbətdir. Bu gün, yəqin ki, 2025-ci ilin rəqəmləri və göstəriciləri, eləcə də yaxın perspektiv üçün müəyyən edilmiş istiqamətlər üzərində daha ətraflı dayanacağıq", – deyə o bildirib.

C.Bayramov qeyd edib ki, humanitar sahə ənənəvi olaraq Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin mühüm tərkib hissəsidir.

"Təbii ki, qarşılıqlı maraq doğuran regional və beynəlxalq gündəliyin bütün məsələlərini, o cümlədən beynəlxalq platformalarda təmaslarımızı və əməkdaşlığımızı müzakirə etməyə hazır olacağıq", – deyə Azərbaycanın XİN rəhbəri əlavə edib.


Məqalədə:

Xəbər lenti

Xəbər lenti