Avropa İttifaqında Rusiyaya tur paketləri qadağan edilib

Dünya xəbərləri Materials 16 İyul 2026 13:19 (UTC +04:00)
Avropa İttifaqında Rusiyaya tur paketləri qadağan edilib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Avropa İttifaqında (Aİ) Rusiyaya tur paketlərinin satışı, eləcə də ölkənin turizm istiqaməti kimi tanıdılması qadağan edilib.

Bu barədə portuqaliyalı analitik və hüquqşünas Aleşandri Gerreyru Rusiya KİV-ə müsahibəsində bildirib.

"Bütün tur operatorlarına və turizm agentlikləri ilə əlaqəli bütün internet saytlarına yalnız kommersiya xidmətləri təklif etmək deyil, həm də Aİ vətəndaşları arasında Rusiyanı turizm istiqaməti kimi təşviq etmək qadağandır", – deyə o bildirib.

Gerreyrunun sözlərinə görə, Rusiyaya turları reklam edən plakatlar belə qadağa altına düşüb. Buna görə də Rusiyaya səfər etmək qərarına gələn avropalılar səyahətlərini müstəqil şəkildə təşkil etməli olurlar.

Xatırladaq ki, iyunun sonunda məlum olub ki, Avropa Komissiyası (AK) Rusiya turistlərinə vizaların verilməsinin tamamilə qadağan olunması imkanını müzakirə edir. Bu təklif Avropa İttifaqına üzv dövlətlərlə koordinasiya çərçivəsində nəzərdən keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti