Polşada orduda əmrə tabe olmayanlar 30 ilə qədər həbs oluna bilər

Dünya xəbərləri Materials 16 İyul 2026 09:20 (UTC +04:00)
Polşada orduda əmrə tabe olmayanlar 30 ilə qədər həbs oluna bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Polşa silahlı münaqişə ehtimalı fonunda milli qanunvericiliyinə yenidən nəzərdən keçirməyə başlayıb. Varşava Ukraynanın müqavimət təcrübəsindən yararlanaraq mümkün işğal halında silahlı qüvvələrdə tam nizam-intizam yaratmağı hədəfləyir.

B barədə "Polsat News" xəbər yayıb.

Məlumata əsasən, Polşa hökuməti Ukraynada baş verən hadisələri diqqətlə təhlil edir və Kiyevin müharibə zamanı hüquqi bazanı operativ şəkildə dəyişmək məcburiyyətində qaldığını nəzərə alır. Tammiqyaslı işğal mövcud qanunvericilikdəki boşluqları üzə çıxardığından, Varşava bu səhvləri təkrarlamamaq niyyətindədir.

Mümkün yeniliklər arasında aşağıdakılar yer alır: əmrlərə tabe olmamağa görə sərt cəzalar; ağır pozuntulara, o cümlədən döyüş şəraitində əmrin icra edilməməsinə görə 30 ilədək azadlıqdan məhrumetmə; ömürlük həbs cəzasının tətbiqi imkanı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti