Milli hücumçu komandasına Konfrans Liqasının ikinci mərhələsinə çıxmağa kömək edib

İdman Materials 16 İyul 2026 00:38 (UTC +04:00)
Milli hücumçu komandasına Konfrans Liqasının ikinci mərhələsinə çıxmağa kömək edib

Bakı. Trend:

Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərli Kosovonun "Malişeva" komandasının Konfrans Liqasının ikinci təsnifat mərhələsinə yüksəlməsinə kömək edib.

Birinci təsnifat mərhələsinin cavab oyunununda Kosovo klubu Albaniyanın “Vlazniya” komandasını 5:0 hesabı ilə məğlub edərək, ilk oyundakı 2:1 hesablı məğlubiyyətin əvəzini çıxıb.

İsgəndərli oyuna start heyətində başlayıb və ilk hissəyə artırılmış vaxtın ikinci dəqiqəsində "Malişeva"nın ikinci qolunda komanda yoldaşına məhsuldar ötürmə edib. O, 68-ci dəqiqədə əvəzlənərək meydanı tərk edib.

Ümumi hesabda qələbə sayəsində "Malişeva" Konfrans Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti