Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1,96 milyard dollarlıq silah satışını təsdiqləyib

Dünya xəbərləri Materials 16 İyul 2026 09:40 (UTC +04:00)
Dövlət Departamenti Səudiyyə Ərəbistanına 1,96 milyard dollarlıq silah satışını təsdiqləyib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ İran münaqişəsinin yenidən alovlanması fonunda ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına təxmini dəyəri 1,96 milyard ABŞ dolları olan silahların satışını təsdiqlədiyini bildirib.

Bu barədə Amerika KİV məlumat yayıb.

“Təklif olunan bu satış ABŞ-nin xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək. Bu, ABŞ-nin NATO üzvü olmayan əsas müttəfiqlərindən birinin təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək”,-deyə Dövlət Departamentinin bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Səudiyyə Ərəbistanı Körfəz regionunda siyasi sabitlik və iqtisadi tərəqqinin təmin edilməsində mühüm rol oynayır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti