İran sahillərində türk gəmisi qəzaya uğrayıb- ekipaj üzvləri təxliyə edilib - VİDEO

Dünya xəbərləri Materials 15 İyul 2026 17:28 (UTC +04:00)
İran sahillərində türk gəmisi qəzaya uğrayıb- ekipaj üzvləri təxliyə edilib - VİDEO
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkiyənin “Lora Shipping” şirkətinə məxsus olan və Sent-Kits və Nevis bayrağı altında üzən LUNI yük gəmisi İranın Bəndər Abbas liman şəhərinin sahilləri yaxınlığında qismən batıb.

Bu barədə İranın Hörmüzqan əyalətinin Limanlar və Dəniz Gəmiçiliyi İdarəsi məlumat yayıb.

Qurumun məlumatına görə, hadisə barədə bildiriş iyulun 14-də yerli vaxtla saat 02:00 radələrində daxil olub. Hadisə Keşm adasının şimalında baş verib.

Toqquşma nəticəsində quru yük gəmisinin gövdəsinin orta hissəsi ciddi zədələnib və gəmiyə su dolmağa başlayıb. Qəza vəziyyətinin ağırlaşması ilə əlaqədar kapitan gəmini tərk etmək əmri verib.

Hörmüzqan əyalətinin Dəniz Xilasetmə və Əlaqələndirmə Mərkəzinin koordinasiyası ilə hadisə yerinə losman kateri və yedək gəmisi cəlb olunub. Gəmidə olan 23 dənizçinin hamısı uğurla Keşm adasına təxliyə edilib. İran KİV-lərinin məlumatına görə, ekipaj üzvlərinin hamısı xarici ölkə vətəndaşlarıdır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti