"Eximbanka SR" Slovakiya və Azərbaycan şirkətlərinin layihələrinə dəstək olmağa hazırdır - Rostislav Podqorets

İqtisadiyyat Materials 15 İyul 2026 17:14 (UTC +04:00)
"Eximbanka SR" Slovakiya və Azərbaycan şirkətlərinin layihələrinə dəstək olmağa hazırdır - Rostislav Podqorets
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Slovakiyanın "Eximbanka SR" qurumu maliyyələşdirmə, zəmanətlər və ixrac risklərinin sığortalanması vasitəsilə Slovakiya və Azərbaycan şirkətlərinin birgə layihələrini dəstəkləməyə hazırdır.

Trend-in müxbiri xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Slovakiya Biznes Forumunda çıxışı zamanı "Eximbanka SR"-nin İdarə Heyətinin sədri və baş icraçı direktoru Rostislav Podqorets deyib.

"Birgə layihələr həyata keçirmək, birgə şirkətlər yaratmaq və ya xaricdə şirkətlər almaq istəyirsinizsə, sizi dəstəkləməyə hazırıq. Biz maliyyələşdirmə və zəmanətlər təqdim edə, həmçinin xaricdə investisiyalarla bağlı kommersiya banklarının kreditlərini sığortalaya bilərik. Bundan əlavə, ödəniş edilməməsi risklərini öz üzərimizə götürərək ixrac üzrə debitor borclarını da sığortalamağa hazırıq", – deyə o bildirib.

Podqoretsin sözlərinə görə, "Eximbanka SR" 1997-ci ildə yaradılmış Slovakiyanın rəsmi ixrac-kredit agentliyidir. Qurumun nizamnamə kapitalı 100 milyon avro, dövriyyə kapitalının həcmi isə 500 milyon avroya çatır.

O qeyd edib ki, agentlik fəaliyyət göstərdiyi təxminən 30 il ərzində 55 milyard avrodan çox həcmdə ixracı dəstəkləyib və həyata keçirdiyi layihələrin coğrafiyası 100-dən artıq ölkəni əhatə edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti