M8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir

Cəmiyyət Materials 15 İyul 2026 14:32 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 16-dan etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, marşrutun Maştağa qəsəbəsi istiqamətində hərəkət sxemi dəyişdirilərək Əhməd Rəcəbli küçəsi – Təbriz küçəsi – Ağa Nemətulla küçəsi – Heydər Əliyev prospektinin kənar yolu – Mirzə Qədim İrəvani küçəsi – Xətai prospekti – Heydər Əliyev prospektinin kənar yolu ilə təşkil olunacaq.

Qeyd edilib ki, marşrut bundan sonra mövcud hərəkət sxemi üzrə fəaliyyətini davam etdirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti