Bilgəhdə dənizdə bir nəfərin batdığı ehtimal olunur

Cəmiyyət Materials 16 İyul 2026 11:41 (UTC +04:00)
Bilgəhdə dənizdə bir nəfərin batdığı ehtimal olunur
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabuncu rayonu, Bilgəh qəsəbəsi, “Daçnik” adlanan və ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə məlumat daxil olub.

Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 2003-cü il təvəllüdlü Əmirov Rəhman Məzahim oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi bir daha vətəndaşlara müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət etməyə, o cümlədən nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə, habelə küləkli hava şəraitində dənizə girməməyə çağırır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti