MyGov-da səsli xidmətlərin tətbiqi planlaşdırılır

İqtisadiyyat Materials 15 İyul 2026 10:34 (UTC +04:00)
MyGov-da səsli xidmətlərin tətbiqi planlaşdırılır
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda MyGov platformasında səsli xidmətlərin tətbiqi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib.

Onun sözlərinə görə, MyGov platformasına “Voice-to-Text” və “Voice-to-Voice” texnologiyalarının inteqrasiyası planlaşdırılır.

R.Həsənov bildirib ki, bunun nəticəsində vətəndaşlar platformaya səsli müraciət etməklə ehtiyac duyduqları dövlət xidmətlərini ala biləcəklər.

Nazir müavini əlavə edib ki, bu yenilik dövlət xidmətlərinin daha əlçatan və rahat şəkildə təqdim olunmasına imkan verəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti