Qubada 11 yaşlı uşaq çayda boğulub

Hadisə Materials 14 İyul 2026 10:15 (UTC +04:00)
Qubada 11 yaşlı uşaq çayda boğulub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Quba rayonunda azyaşlının suda boğulması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Trend-in məlumatına görə, hadisə iyulun 13-də saat 12 radələrində rayonun Qəçrəş kəndi ərazisində qeydə alınıb.

Belə ki, kənd sakini, 2015-ci il təvəllüdlü X.Məmmədov Qudyalçay çayında çimərkən boğulub. Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma rayon prokurorluğu tərəfindən aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti